Ceffri Saksdan sərt açıqlama: “İran müharibəsi “ağlı pozulmuş şəxslərin işidir”

Amerikalı iqtisadçı Ceffri Saks İran müharibəsini kəskin tənqid edib və onu “iki ağlı pozulmuş şəxsin apardığı müharibə” adlandırıb.

138

Kolumbiya Universitetinin professoru, tanınmış iqtisadçı Ceffri Saks İran ətrafında baş verən münaqişə ilə bağlı kəskin tənqidi açıqlama verib.

Saks bildirib ki, hazırkı müharibə rasional siyasi və hərbi hesablamalara əsaslanmır və onu “çox təhlükəli yanlış addım” kimi qiymətləndirib. O, bu qarşıdurmanı “iki ağlı pozulmuş şəxsin apardığı açıq aqressiya müharibəsi” kimi xarakterizə edib.

İqtisadçının sözlərinə görə, bu münaqişə əvvəlcədən planlaşdırıldığı kimi getmir və gözlənilən nəticələri vermir. O qeyd edib ki, belə yanaşma regionda sabitliyi pozmaqla yanaşı, daha genişmiqyaslı böhrana səbəb ola bilər.

Saks həmçinin vurğulayıb ki, münaqişənin bu şəkildə davam etməsi beynəlxalq sistem üçün təhlükəli presedent yaradır və siyasi qərarların emosional və qeyri-strateji şəkildə verildiyini göstərir.

Ekspertlərin fikrincə, bu cür açıqlamalar ABŞ və İsrailin İran siyasətinə qarşı Qərb daxilində də tənqidlərin artdığını nümayiş etdirir.

Qeyd edək ki, Saks son illərdə ABŞ-ın xarici siyasətini, xüsusilə Yaxın Şərqdəki hərbi müdaxilələri dəfələrlə tənqid edib və diplomatik həll yollarının vacibliyini vurğulayıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.