Ariel Şaron Çe Gevaranın dayısı oğlu idi? – İDDİA

Ernesto Çe Gevaranın ailə keçmişi ilə bağlı illər sonra üzə çıxan məxfi sirrlər, anasının etirafı, İsrailə gizli səfəri və yəhudi kimliyi barədə iddialar diqqət çəkir.

18

Bütün sirlər Ernesto Gevaranın vəfatından qırx il sonra, məxfi materialların deşifrə olunmasından sonra ortaya çıxdı.

Hər şey 1964-cü ilin sonlarından başladı. Ernestonun anası ölümünü hiss etdiyi zaman (o, 1965-ci ilin mayında vəfat edib) oğluna bütün sirləri açdı.

Selia De La Serna (Selia Şaynerman) 1908-ci ildə Buenos Ayresdə, Rusiyadan köçüb gəlmiş yəhudi ailəsində dünyaya göz açıb. Ona “poqrom” zamanı öldürülmüş xalasının adı qoyulub. 

Selia Şaynerman 18 yaşınadək emiqrant gettosunda böyüyüb və yəhudi tərbiyəsi alıb. Yetkinlik yaşına çatan zaman valideynlərini tərk edərək, öz qızlıq soyadını atıb. Daha sonra Ernesto Gevara Linç ilə ailə həyatı qurub. Bu izdivacdan Ernesto və daha dörd oğlu və qızları dünyaya gəldi. Lakin hamısı öz yəhudi kimliklərindən xəbərsiz böyüyüb.

Ölümünə yaxın oğlu Çeyə bu sirri açdı anası. Beləliklə, o, yəhudi ənənəsinə görə, özünün əslində bir yəhudi olduğunu və köhnə dünyada ana tərəfdən qohumları ola biləcəyini anladı. Selia, Samuel adlı bir qardaşının olduğunu bilirdi. Bu haqda valideynləri ona deyibmiş. Samuel sonralar Qafqaza, ordan da Fələstinə köç edib. 1965-ci il, fevral ayının 19-da Gevara Misirə gəlir. Bu zaman Misir və Suriya Birləşmiş Ərəb Respublikası adlı dövlətdə birləşmişdi. O, burada təxminən bir həftə, 24 fevraladək qalır. Bir daha buraya martın 1-də qayıdır. Onun 24 fevral – 1 mart tarixləri aralığında harada olması isə 2007-ci ildə, Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi materiallarının deşifrə olunmasından sonra aşkara çıxdı.

25 fevral 1965-ci ildə Gevara Misiri tərk edib Kiprə, ordan da İsrailə gedir. Burada Çe dayısının ailəsini tapır. Bir maraqlı fakt da aşkara çıxır: dayısının Çe ilə eyni ildə – 1928-ci ildə anadan olmuş bir oğlu da vardı. O, Tel Avivdə xüsusi döyüş bölüyünün komandiri, general-mayor Ariel Şaron idi.

14 martda Komandante Havanaya qayıdır. Daha sonra isə naməlum istiqamətə yollanır. Rəsmi informasiyaya görə, o, Belçika Konqosuna – partizanlara təlim keçmək üçün gedibmiş. Lakin digər bir versiya isə onun yenidən İsrailə getməsi haqda idi. Yerusəlimdə dayısı oğlu onu şəhərin meri Rabbi Eliyahu Şaar İşuv Kohen ilə tanış edir. Kohenin rəhbərliyi altında Gevara yəhudi adət-ənənələri ilə tanış olur, dini sionist hərəkatının mərkəzində (Yeshivat Merkez Ha Rav) “Tora”nı öyrənir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026