Niyə “çay” və “tea” deyilir? – Çayın adının tarixi izahı

Çayın bəzi ölkələrdə “çay”, digərlərində isə “tea” adlandırılmasının səbəbi Çin dialektləri və qədim ticarət yolları ilə bağlıdır.

22

Dünyada ən çox istifadə olunan içkilərdən biri olan çayın adı fərqli ölkələrdə iki əsas formada işlədilir: “çay” və ya “tea”. Bu fərqin səbəbi isə birbaşa tarixi ticarət yolları və Çin dili ilə bağlıdır.

Çayın vətəni olan Çində bu içki üçün istifadə edilən söz müxtəlif dialektlərdə fərqli səslənir. Məsələn, bəzi bölgələrdə “ça”, digərlərində isə “te” kimi tələffüz olunur. Bu iki fərqli tələffüz sonradan bütün dünyaya yayılıb.

Əsas fərq isə çayın hansı yolla yayılması ilə bağlıdır. Quru yol – yəni İpık Yolu vasitəsilə yayılan çay “ça” kimi tanınıb. Buna görə də türk xalqları, İran, Rusiya və ərəb ölkələrində bu içkiyə “çay”, “chay”, “şay” kimi adlar verilir.

Dəniz yolu ilə yayılan çay isə fərqli ad alıb. XVII əsrdə holland tacirləri Çinin sahil bölgələrindən – xüsusilə Fujian və Tayvan ərazilərindən – çayı Avropaya apararkən yerli Min Nan dialektindəki “te” sözünü götürüblər. Bu səbəbdən ingilislər “tea”, fransızlar “thé”, ispanlar “té” deyir.

Maraqlı məqam ondan ibarətdir ki, Portuqaliya kimi bəzi dənizçi ölkələr çayla daha erkən tanış olsa da, onlar “cha” formasını saxlayıblar. Bu da onların fərqli Çin bölgələri ilə əlaqədə olması ilə izah olunur.

Statistik baxımdan isə çay dünyada ən çox istehlak edilən içkilərdən biridir. Məlumatlara görə, adambaşına ən çox çay istehlak edən ölkə Türkiyədir (təxminən 3.5 kq). İstehsalda isə yenə Çin liderdir.

Beləliklə, sadə görünən bu söz fərqi əslində dünya tarixində ticarət yollarının, dillərin və mədəni əlaqələrin necə formalaşdığını göstərən maraqlı bir nümunədir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026