ABŞ və İsrailin zərbələri nəticəsində “Həşd əş-Şaabi”nin 160 üzvü həlak olub

ABŞ və İsrailin İraqda həyata keçirdiyi aviazərbələr nəticəsində “Həşd əş-Şaabi”nin 160 döyüşçüsünün həlak olduğu açıqlanıb. Hadisə regionda gərginliyi artırıb.

156

ABŞ və İsrailin İraq ərazisinə endirdiyi aviazərbələr nəticəsində “Həşd əş-Şaabi” (PMF) sıralarında 160 döyüşçünün həlak olduğu bildirilir.

Bu barədə İraqdakı şiə təşkilatı “Bədr”in baş katibi Hadi al-Amiri açıqlama verib. Onun sözlərinə görə, zərbələr nəticəsində təşkilat ciddi itkilər verib.

“Həşd əş-Şaabi” kimi tanınan Xalq Səfərbərlik Qüvvələri (PMF) 2014-cü ildə yaradılıb və müxtəlif şiə silahlı qruplaşmalarını birləşdirən geniş hərbiləşdirilmiş struktur hesab olunur. Təşkilatın ümumi döyüşçü sayının təxminən 200 min olduğu qeyd edilir.

Bu qüvvələrin SEPAH ilə sıx əlaqədə olduğu və müəyyən mənada onun təsir dairəsində fəaliyyət göstərdiyi bildirilir.

Hazırda zərbələrin dəqiq hədəfləri və əməliyyatın miqyası ilə bağlı əlavə məlumatlar açıqlanmayıb. Hadisə regionda gərginliyin daha da artacağı ehtimallarını gücləndirib.

 

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.