İlham Əliyev Xanoba kəndində aparılan bərpa işləri ilə tanış olub

Prezident İlham Əliyev və Mehriban Əliyeva Xocavəndin Xanoba kəndində bərpa olunan evlər və infrastrukturla tanış olub, sakinlərlə görüş keçirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası istiqamətində görülən işlərlə tanış olublar.

MSNews.az xəbər verir ki, dövlət başçısı və birinci xanım daha sonra kəndə köçən sakin Bəybala Qasımovun evində olublar.

Səfər çərçivəsində Prezident və birinci xanım Xanobaya qayıdan kənd sakinləri ilə görüş keçiriblər. Görüş zamanı bölgədə aparılan yenidənqurma və bərpa işlərinin əhəmiyyəti vurğulanıb.

Səfərin sonunda İlham Əliyev Xanoba kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.