Düz 130 il əvvəl, 19 sentyabr 1888-ci ildə Belçikanın Spa kurort şəhərində tarixdə ilk dəfə dünya gözəllik yarışması təşkil olunub. Yarışmaya 350 xanım qatılmış, onlardan 21 nəfəri finala vəsiqə qazanmışdır. Müsabiqə kazinoda keçirilmiş, qalib kişi sənət nümayəndələri – heykəltəraş və rəssamlar tərəfindən seçilmişdir. İştirakçılar uzun paltarlarda nümayiş ediblər.

Yarış zamanı ən yüksək xal Əlcəzairdən olan Fatiməyə verilsə də, yekunda Qvadelupadan Marta Sukare qalib elan olunub.
Bu gün dünyada dörd ən prestijli gözəllik müsabiqəsi mövcuddur: “Dünya gözəli”, “Kainat gözəli”, “Miss İnternational” və “Planet gözəli”. Ən çox iştirakçılar Filippindən olub.
Gözəllik yarışları yalnız arıq xanımları əhatə etmir; məsələn, Tailandda keçirilən “Miss Fil” yarışında iştirakçının çəkisi 90 kq-dan az olmamalıdır.
Tarixən iştirakçılar subay olmalı və övladı olmamalıdır. “Kainat gözəli” qalibi bir il müddətində münasibət qurmamalıdır. “Miss Amerika” yarışmasına isə artıq boşanmış xanımlar da qatıla bilər.
2002-ci ildə “Kainat gözəli” titulunu qazanan rusiyalı Oksana Fyodorova, sonradan tituldan imtina etmişdir. Yarışmanın 65 illik tarixində doqquz dəfə qayda və struktura dəyişiklik edilmişdir. İlk qalib Finlandiyadan Armi Kuusele olmuşdur və onun tacı yarım milyon dollara sığortalanmış, 1500-dən çox brilyantla bəzədilmişdir.