Tramp yaxın saatlarda öləcək?

“Simpsonlar” serialının Donald Trampın 14 mart 2026-cı ildə ölümünü proqnozlaşdırdığı iddiası yayılıb. Görüntünün həqiqiliyi ilə bağlı müzakirələr davam edir.

156

Sosial şəbəkələrdə ABŞ prezidenti Donald Tramp ilə bağlı yeni iddia geniş müzakirələrə səbəb olub. Paylaşılan görüntüdə məşhur animasiya serialı “Simpsonlar”dan bir səhnə göstərilir və tabutun üzərində ABŞ bayrağı olduğu, altında isə “Donald Tramp – 14 Mart 2026” yazısı yerləşdirildiyi iddia edilir.

Kadrlarda serialın personajları – o cümlədən Homer Simpson və Marge Simpson – əlində ağ güllərlə tabut ətrafında dayanmış vəziyyətdə təsvir olunur. İnternet istifadəçiləri görüntünün “Simpsonlar” serialında illər əvvəl yayımlandığını və guya Donald Trampın ölüm tarixini əvvəlcədən göstərdiyini iddia etsələr də, mediada və fakt-yoxlama platformalarında bu səhnənin orijinal epizodlara aid olub-olmaması ilə bağlı şübhələr irəli sürülür.

Bir sıra istifadəçilər görüntünün montaj və ya süni intellekt vasitəsilə hazırlanmış ola biləcəyini bildirirlər. Serialın prodüserləri və ya rəsmi mənbələr tərəfindən isə hələlik bu iddialara dair açıqlama verilməyib.

Qeyd edək ki, “Simpsonlar” serialı daha əvvəl də müxtəlif hadisələri “proqnozlaşdırdığı” iddiaları ilə gündəmə gəlib. Lakin bir çox hallarda həmin görüntülərin sonradan hazırlanmış manipulyasiyalar olduğu müəyyən edilib.

Hazırda yayılan kadrın da real epizoddan olub-olmaması ilə bağlı müzakirələr davam edir.