Vaşinqtonda Tramp və Epşteyni “Titanik” səhnəsində təsvir edən heykəl quraşdırılıb

Vaşinqtonda Donald Tramp və Ceffri Epşteyni "Titanik" filmindəki səhnədə təsvir edən satirik heykəl quraşdırılıb. “King of the World” adlı instalyasiya siyasi müzakirələrə səbəb olub.

35

ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən “National Mall” parkında ABŞ Prezidenti Donald Tramp və maliyyəçi Ceffri Epşteyni təsvir edən mübahisəli bir heykəl quraşdırılıb. Heykəl məşhur “Titanik” filmindəki məşhur səhnəyə istinad edir. 

King of the World” adlandırılan bu instalyasiya anonim sənət qrupu “The Secret Handshake” tərəfindən hazırlanıb. Təxminən 3,5 metr hündürlüyündə olan heykəldə Tramp və Epşteyn filmdəki Cek və Rouz obrazlarının gəminin burnunda çəkilmiş məşhur pozasını təkrarlayır.

Sənət əsəri siyasi və ictimai mesaj daşıyan satirik instalyasiya kimi təqdim olunur. Heykəlin yanında yerləşdirilən lövhədə Tramp və Epşteyn arasında keçmiş sosial əlaqələrə ironik şəkildə istinad edilir.

İnformasiya yayıldıqdan sonra instalyasiya ABŞ-da böyük müzakirələrə səbəb olub. Bəzi insanlar bunu siyasi tənqid və etiraz forması kimi qiymətləndirir, digərləri isə əsəri təhqiredici və qeyri-etik hesab edir.

Bu heykəl son illərdə Vaşinqtonda siyasi fiqurlara həsr olunan satirik sənət instalyasiyalarının artdığını göstərən nümunələrdən biri hesab olunur.