İran qadın futbolçuları Avstraliyada sığınacaq aldı

Avstraliya İran qadın futbol millisinin beş oyunçusuna humanitar viza verərək sığınacaq təqdim edib. Futbolçular polis tərəfindən oteldən təhlükəsiz yerə aparılıb.

36

Avstraliya hökuməti İran qadın futbol millisinin beş üzvünə humanitar viza verərək onlara sığınacaq təqdim edib. Məlumata görə, futbolçular komandanın qaldığı oteldən çıxarılaraq təhlükəsiz yerə aparılıb və bu əməliyyata Avstraliya Federal Polisinin əməkdaşları kömək edib.

Sığınacaq alan futbolçular arasında komandanın kapitanı Zahra Qənbəri də var. O və daha dörd oyunçu Asiya Kuboku matçı öncəsi İranın dövlət himnini oxumaqdan imtina etdikdən sonra “müharibə dövrünün xainləri” adlandırıldıqları üçün ölkələrinə qayıtmaqdan çəkinərək sığınacaq istədiklərini bildiriblər.

Zəhra Qənbəri

Avstraliyanın daxili işlər naziri Toni Börk açıqlamasında bildirib ki, futbolçular Avstraliya Federal Polisi tərəfindən bazar ertəsi axşamı təhlükəsiz yerə köçürülüb və hazırda onların təhlükəsizliyi təmin olunur. Humanitar vizaların rəsmiləşdirilməsindən sonra futbolçuların bu qərarı sevinclə qarşıladığı qeyd olunub.

Sığınacaq alan digər oyunçular arasında Fatimə Pasandideh, Mona Hamudi, Atefeh Ramezanizadə və Zəhra Sərbəli də var. Onların əksəriyyəti İranın qadın futbol çempionatında rekord sayda titul qazanan “Bam Khatoon” FC klubunda çıxış ediblər.

Avstraliya hökuməti bildirib ki, hazırda Qızıl Sahil şəhərində qalan komandanın digər 21 üzvü üçün də sığınacaq imkanı açıqdır. Bununla belə, bəzi futbolçuların İrana qayıtmağı seçə biləcəyi ehtimal edilir.