BƏƏ İranın su infrastrukturuna zərbə endirib

İsrail mediasının məlumatına görə, BƏƏ İranın dəniz suyunu şirinləşdirən qurğusunu hədəf alıb. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

156

Birləşmiş Ərəb Əmirliklərinin İran ərazisində yerləşən su infrastrukturuna zərbə endirdiyi barədə məlumat yayılıb.

Bu barədə MSNews.az İsrailin “Ynet” nəşrinə istinadən xəbər verir.

“Ynet” agentliyinin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri İranın dəniz suyunu şirinləşdirən qurğularından birinə zərbə endirib.

Məlumata əsasən, hücum İranın su təminatında mühüm rol oynayan duzsuzlaşdırma infrastrukturunu hədəf alıb. Hadisə ilə bağlı rəsmi Tehran və ya Abu-Dabi tərəfindən hələlik açıqlama verilməyib.

İsraildə bəzi ekspertlər bu addımı İran hakimiyyətinə yönəlmiş xəbərdarlıq siqnalı kimi qiymətləndirirlər. Onların fikrincə, əgər İranın hücumları daha da intensivləşərsə, BƏƏ-nin ABŞ və İsraillə birlikdə formalaşan koalisiya tərəfində münaqişəyə qoşulması ehtimalı artır.

Analitiklər qeyd edirlər ki, Körfəz regionunda su infrastrukturu strateji obyekt hesab olunur və bu cür zərbələr regionda gərginliyin daha da artmasına səbəb ola bilər.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.