ABŞ Hindistanın Rusiya nefti almasına müvəqqəti icazə verdi

ABŞ Maliyyə naziri Skott Bessent qlobal neft tədarükünü qorumaq məqsədilə Hindistan rafineriyalarına Rusiya nefti almağa 30 günlük müvəqqəti güzəşt verildiyini açıqlayıb.

158

Skott Bessent bildirib ki, qlobal neft tədarükünün sabit qalmasını təmin etmək məqsədilə Hindistan neft emalı zavodlarına Rusiya nefti almağa imkan verən 30 günlük müvəqqəti güzəşt tətbiq olunub.

Nazir bu barədə sosial media hesabında paylaşım edərək qeyd edib ki, ABŞ administrasiyasının enerji siyasəti nəticəsində ölkədə neft və təbii qaz hasilatı rekord səviyyələrə çatıb. Onun sözlərinə görə, qlobal bazarda neft axınının davam etməsi üçün ABŞ Dövlət Xəzinədarlığı Hindistan rafineriyalarına Rusiya neftini almağa icazə verən qısa müddətli istisna qərarı qəbul edib.

Bessent vurğulayıb ki, bu qərar qəsdən qısa müddətli hazırlanıb və yalnız artıq dənizdə olan neft partiyalarını əhatə edən əməliyyatlara şamil edilir. Bu səbəbdən də qərarın Rusiya hökumətinə əhəmiyyətli maliyyə faydası verməyəcəyi bildirilib.

ABŞ rəsmisi qeyd edib ki, Hindistan Vaşinqtonun mühüm tərəfdaşlarından biridir və Yeni Dehlinin ABŞ-dan neft alışını artıracağı gözlənilir.

Onun sözlərinə görə, bu müvəqqəti addım İranın qlobal enerji bazarına təsir göstərən addımlarının yaratdığı təzyiqi azaltmağa kömək edəcək.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hücumları və Tehranın cavab addımlarından sonra dünya ticarəti üçün strateji marşrut sayılan Hörmüz boğazı bölgəsində gəmilərin hərəkəti demək olar ki, dayanmış, bu isə qlobal neft qiymətlərinin artmasına səbəb olmuşdu.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.