SON DƏQİQƏ: İran Naxçıvanı vurdu

Naxçıvan Beynəlxalq Hava Limanının İran tərəfindən raket və dron zərbələrinə məruz qalması barədə sosial şəbəkələrdə geniş məlumatlar yayılır.

185

Naxçıvan Beynəlxalq Hava Limanının İran tərəfindən raket və dron zərbələrinə məruz qalması barədə sosial şəbəkələrdə geniş məlumatlar yayılır.

Bəzi istifadəçilər Naxçıvan hava limanına raket atıldığını iddia edən görüntülər paylaşıblar. İddialara görə, hava limanı ərazisinə indiyədək ən azı üç raket zərbəsi endirilibr.

Sosial şəbəkələrdə paylaşılan fotolarda hava limanı terminalının daxilində ciddi dağıntıların olduğu, tavan konstruksiyalarının və şüşələrin zədələndiyi aydın görünür. Məlumata görə, hadisə nəticəsində tələfat qeydə alınmasa da, ciddi maddi ziyan meydana gəlib.

Eyni zamanda bildirilir ki, baş verən hadisədən sonra Naxçıvana istiqamətlənən bəzi təyyarələr geri qayıtmağa məcbur olub və hava limanında uçuşlara məhdudiyyətlər tətbiq edilib.

Digər tərəfdən, İran ərazisindən Türkiyə istiqamətinə də raket atıldığı iddia olunur. Bu xəbərlərdən sonra Türkiyənin rəsmi dairələrinin İrana kəskin xəbərdarlıq etdiyi barədə məlumatlar yayılıb.

Lakin Tehran bu iddiaları qəbul etmir. İran tərəfi Türkiyə istiqamətinə raket zərbəsi endirilməsi barədə məlumatların reallığı əks etdirmədiyini bildirir. Naxçıvanla bağlı isə Tehran hələlik rəsmi mövqe bildirməyib.

Hazırda yayılan məlumatların rəsmi qurumlar tərəfindən təsdiqlənməsi gözlənilir. Azərbaycan tərəfi isə hadisə ilə bağlı hələlik geniş açıqlama verməyib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.