İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

Prezident İlham Əliyev Serbiyaya rəsmi səfər edib. Belqradda rəsmi qarşılanma mərasimi keçirilib, Heydər Əliyev və Milorad Paviçin abidələri ziyarət olunub.

45

Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərə gəlib. Dövlət başçısının təyyarəsi Nikola Tesla Hava Limanına enib. Hava limanında Prezidentin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini və birinci xanım Mehriban Əliyevanı Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılayıb.

Həmin gün Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi keçirilib. Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb, Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Daha sonra dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim olunub.

Rəsmi səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət ediblər.

Dövlət başçısı abidələrin önünə əklil qoyub.