London polisi keçmiş səfir Mandelsonla bağlı iki ünvanda axtarış apardı

London polisi Ceffri Epşteyn ilə əlaqələri olan keçmiş səfir Peter Mandelson barədə aparılan istintaq çərçivəsində iki ünvanda axtarış aparıldığını açıqladı.

52

London polisi Ceffri Epşteyn ilə əlaqələri olan Böyük Britaniyanın keçmiş Vaşinqton səfiri Peter Mandelson barədə aparılan istintaq çərçivəsində iki ünvanda axtarış aparıldığını təsdiqləyib.

London Metropolitan Polisi milyarder Ceffri Epşteyn ilə əlaqələri olduğu bildirilən Böyük Britaniyanın keçmiş ABŞ səfiri Peter Mandelson haqqında aparılan istintaq çərçivəsində Viltşayr və Kemden bölgələrində yerləşən iki ünvanda axtarış həyata keçirildiyini açıqlayıb.

London Metropolitan Polis İdarəsinin köməkçi komissarı Hayley Syuart yazılı bəyanatında bildirib ki, ixtisaslaşmış ağır cinayətlər bölməsinə bağlı istintaq qrupları məhkəmə qərarı əsasında sözügedən ünvanlarda axtarış aparıblar. Onun sözlərinə görə, bu tədbirlər “ictimai vəzifəsindən sui-istifadə” iddiaları üzrə davam edən istintaq çərçivəsində həyata keçirilib və araşdırma 72 yaşlı bir kişi ilə əlaqəlidir.

Syuart hazırkı mərhələdə şübhəli şəxs barəsində hər hansı saxlanılma və ya həbs qərarının verilmədiyini, istintaqın isə davam etdiyini vurğulayıb.

Qeyd edək ki, 2025-ci ilin 9 sentyabrında üzə çıxan yazışmalarda Peter Mandelsonun Epşteynə “ən yaxın dostum” deyə müraciət etdiyi məlum olmuşdu. Mandelsonun Epşteynə göndərdiyi ad günü mesajında emosional və diqqətçəkən ifadələrin yer alması ictimaiyyətdə geniş rezonans doğurmuşdu.

Daha sonra yayımlanan sənədlərdə Mandelsonun Epşteyndən 75 min dollar məbləğində pul aldığı ortaya çıxmış, həmçinin azyaşlı olduğu iddia edilən qızlarla bağlı uyğun olmayan görüntülər ictimailəşdirilmişdi. Mandelson isə həmin pul köçürməsini xatırlamadığını bildirmişdi.

Qalmaqalın ardından Peter Mandelson əvvəlcə İşçi Partiyası üzvlüyündən, daha sonra isə Lordlar Palatası üzvlüyündən istefa verib. Böyük Britaniyanın Baş naziri Keir Starmer isə Mandelsonu səfir vəzifəsinə təyin etdiyi üçün peşman olduğunu bildirərək ictimai şəkildə üzr istəyib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.