Pakistanda ticarət mərkəzində yanğın: ölənlərin sayı 71-ə yüksəldi

Pakistanın Kəraçi şəhərində ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 71-ə çatıb, 77 nəfər isə hələ də itkin sayılır.

318

Pakistanın Kəraçi şəhərində yerləşən ticarət mərkəzində yanvarın 17-də baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı 71 nəfərə yüksəlib.

Pakistanın nüfuzlu nəşrlərindən olan “Dawn” qəzetinin yaydığı məlumata görə, hadisədən sonra axtarış-xilasetmə qrupları dağıntılar altında axtarış işlərini davam etdirir.

Xilasetmə xidmətlərinin indiyədək ciddi zərər görmüş ticarət mərkəzinin qalıqları altından çıxardığı cəsədlərin sayının 71 olduğu bildirilib. Onlardan 16 nəfərin şəxsiyyəti artıq müəyyən edilib.

Rəsmilər qeyd ediblər ki, ölənlərin dəqiq sayı yalnız bütün meyitlərin identifikasiyası başa çatdıqdan sonra məlum olacaq.

Səlahiyyətli qurumlar yanğın zamanı 77 nəfərin itkin düşdüyünü, onlardan hələ də xəbər alınmadığını açıqlayıb. Bildirilib ki, axtarış-xilasetmə qrupları ticarət mərkəzinin indiyədək daxil olmaq mümkün olmayan kiçik bir hissəsində işlərini davam etdirəcək.

Rəsmilər əməliyyatların son mərhələyə çatdığını və axtarış işlərinin bu gün yekunlaşmasının gözlənildiyini vurğulayıblar.

İlkin araşdırmalara əsasən, yanğının bir gül dükanında başladığı və havalandırma boruları vasitəsilə sürətlə yayıldığı müəyyən edilib.

Qeyd edək ki, Kəraçidə yerləşən ticarət mərkəzində yanvarın 17-də yanğın baş verib. Yanğın nəticəsində kompleksin bir hissəsi çökmüşdü. Ticarət mərkəzi və plazanın daxil olduğu bu böyük kompleksin təxminən 8 min kvadratmetr ərazini əhatə etdiyi və 1200 mağazadan ibarət olduğu bildirilib.

Rəsmilər axtarış-xilasetmə işləri tam başa çatdıqdan sonra kompleksin sökülməsini tövsiyə ediblər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.