Mamdani 227 illik malikanədə yalnız bir dəyişiklik edəcəyini açıqladı

Nyu York meri Zohran Mamdani tarixi Gracie Mansionda yalnız tualetlərə gigiyenik duş quraşdıracağını açıqlayıb. Şəhər rəsmiləri bu təşəbbüsü kanalizasiya yükünü azaltmağa faydalı hesab edir.

154

Nyu York meri Zohran Mamdani və həyat yoldaşı Rama Duvaji bu günlərdə tarixi “Gracie Mansion” binasına köçüblər. Bu XVIII əsr memarlıq abidəsində Mamdani yalnız daxili tualetlərə gigiyenik duş quraşdırmağı planlaşdırdığını bildirib.

Mamdani bu addımı, şəhərin kanalizasiya sistemində nəmli salfetlərin yaratdığı çətinlikləri azaltmaq məqsədilə irəli sürdüyünü deyib. Şəhər Ətraf Mühafizəsi İdarəsi də bu təşəbbüsü dəstəkləyərək, kanalizasiyaların tullantı yükünü yüngülləşdirəcəyini vurğulayıb.

Sosial mediada bu qərar ətrafında müzakirələr yaşanır; tənqidçilər binanın tarixi memarlığına müdaxilə olduğunu iddia edir, dəstəkçilər isə su ilə təmizlənmənin daha səmərəli və daha gigiyenik olduğunu bildirirlər.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.