Zelenski ilə Tixanovskaya ilk dəfə görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski və Belarus müxalifət lideri Svetlana Tixanovskaya Vilnüsdə ilk ikitərəfli görüşlərini keçirərək, Ukraynaya dəstək və Lukaşenko rejiminə təzyiqləri müzakirə ediblər.

155

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Vilnüs şəhərində ilk dəfə ikitərəfli görüş keçirib.

Görüş zamanı Belarusun demokratik qüvvələrinin Ukraynaya dəstəyi, siyasi məhbuslara və könüllülərə yardım, eləcə də Aleksandr Lukaşenko rejiminə qarşı sanksiya təzyiqlərinin gücləndirilməsi və rejimin əlaltılarının məsuliyyətə cəlb edilməsi məsələləri müzakirə olunub. Zelenski bildirib ki, Ukrayna Belarus xalqı ilə Lukaşenko rejimini bir-birindən ayırır və azad Belarusun gələcəyinin Ukraynanın gələcəyi ilə sıx bağlı olduğunu vurğulayaraq, Svetlana Tixanovskayanı rəsmi səfər üçün Kiyevə dəvət edib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930