Yuto Naqatomo beşinci dünya çempionatına çağırıldı

Yaponiya millisinin 39 yaşlı müdafiəçisi Yuto Naqatomo DÇ-2026 heyətinə çağırılıb. Bu, onun karyerasında beşinci mundial olacaq.

61

Yaponiya millisinin 39 yaşlı müdafiəçisi Yuto Naqatomo DÇ-2026 üçün milli komandanın heyətinə çağırılıb. Yaponiya Futbol Assosiasiyasının açıqladığı 26 nəfərlik siyahıda “FC Tokyo”nun təcrübəli futbolçusunun da adı yer alıb. Bu, Naqatomonun karyerasında beşinci dünya çempionatı olacaq. 

Yaponiyanın baş məşqçisi Hacime Moriyasu komandanın yekun heyətini Tokioda açıqlayıb. Naqatomo 39 yaşında mundiala yollanmaq şansı qazanıb və mundial tarixində növbəti dəfə Yaponiya millisinin ən təcrübəli simalarından biri kimi çıxış edəcək.

Yapon mediasının yazdığına görə, Naqatomo adının heyətdə səsləndiyini eşidəndə emosiyalarına hakim ola bilməyib və göz yaşlarını saxlaya bilməyib. Futbolçu həmin anı “böyük minnətdarlıq hissi” ilə qarşıladığını bildirib.

FIFA da Naqatomonun heyətə daxil edilməsini xüsusi vurğulayaraq onun mundiallarda beşinci dəfə iştirak etməyə hazırlaşdığını qeyd edib. Yaponiya DÇ-2026-da “F” qrupunda Niderland, Tunisİsveç yığmaları ilə mübarizə aparacaq.

 

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.