Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxıldı

Mərkəzi Bankın sədri Taleh Kazımovun imzası ilə 25 dekabr 2025-ci il tarixindən yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılıb. Yeni əsginasın dizayn elementləri əvvəlki nümunə ilə eynidir.

87

Mərkəzi Bankın sədri Taleh Tahir oğlu Kazımovun imzası ilə yenilənmiş 50 manatlıq kağız pul nişanları 25 dekabr 2025-ci il tarixindən tədavülə buraxılıb.

MSNews.az xəbər verir ki, imza pul nişanının ön tərəfində sol yuxarı küncdə əks olunub. Həmçinin kağız pul nişanının üzərində istehsal ili “2025” qeyd olunub.

Yenilənmiş 50 manatlıq əskinasın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanları ilə eyni qalır. Qeyd olunur ki, yeni pul nişanı hazırda dövriyyədə olan eyni nominallı pul nişanları ilə paralel olaraq istifadədə olacaq.

Pulun həm ön, həm də arxa tərəfinin təsvirləri rəsmi məlumatlarda əlavə edilib.