Yeni ilə girməyən tək yer: Fula adası

Şotlandiyaya bağlı Fula Adası 13 günlük təqvim fərqi səbəbindən Yeni ili 1 yanvarda deyil, 13 yanvarda qeyd edir. Adada köhnə Yulian təqvimi hələ də istifadə olunur.

77

Dünyanın demək olar ki, bütün ölkələri 1 yanvar 2026-cı il tarixində Yeni ili qarşılasa da, Şotlandiyaya bağlı Fula adasında bu, mümkün olmayıb. Çünki adada istifadə olunan təqvim fərqli olduğuna görə Yeni il daha sonra qeyd edilir. 

Fula, təxminən 35 nəfərin yaşadığı kiçik və uzaq bir adadır. Burada hələ də Yuli Sezar tərəfindən eramızdan əvvəl 46-cı ildə tətbiq edilmiş köhnə Yulian təqvimi istifadə olunur. Keçmişdə dünyanın böyük hissəsi bu təqvimə əsaslanırdı, lakin daha sonra bir çox ölkə, o cümlədən, Böyük Britaniya da Qriqorian təqviminə keçdi. Fula sakinləri isə köhnə təqvimi tərk etməyib.

Bu iki təqvim arasındakı fərq zamanla daha da artıb və hazırda 13 günlük fərq yaranıb. Bu səbəbdən adada Yeni il gecəsi (1 Yanvar) deyil, 13 Yanvarda qeyd olunur. Noel bayramı da burada 6 Yanvarda keçirilir. Ada xalqı bu günü “Köhnə Yeni İl” adlandırır.

Fula Adası yalnız təqvim ənənəsi ilə deyil, müasir həyat şəraiti ilə də fərqlənir: burada market, pablar, barlar, Wi-Fi və milli elektrik şəbəkəsi kimi müasir xidmətlər yoxdur. Nəqliyyat adaya hava şəraitindən asılı olaraq kiçik təyyarələr və həftədə bir neçə dəfə işləyən bərələrlə həyata keçirilir.