Yeni bir rəng kəşf edildi – yalnız 2015-ci ildən sonra doğulanlar görə bilir

Türkiyə mediasında 2015-ci ildən sonra doğulanların yeni rəng gördüyü iddiası yayılsa da, elmi mənbələr yeni rəng “olo”nun yalnız xüsusi lazer sistemi ilə müşahidə edildiyini bildirir.

6

Türkiyənin “Sözcü” nəşri 2015-ci ildən sonra doğulan uşaqların böyüklərin görə bilmədiyi yeni rəng çalarlarını ayırd edə bilməsi ilə bağlı iddia yayıb. Məqalədə bunun HDR və OLED ekranların geniş yayılması, uşaqların rəqəmsal mühitdə hiperreal rənglərə erkən yaşdan məruz qalması və göz quruluşundakı yaş fərqləri ilə əlaqələndirildiyi qeyd olunur. 

Lakin mövzu elmi baxımdan ehtiyatla qiymətləndirilməlidir. Açıq elmi mənbələrdə “yalnız 2015-dən sonra doğulanların görə bildiyi rəng” barədə təsdiqlənmiş ayrıca araşdırma görünmür. Rəng elmi sahəsində son illərin ən çox müzakirə olunan real tapıntısı isə “olo” adlandırılan yeni vizual təcrübədir. Berkli Universitetinin alimlərinin məlumatına görə, “olo” adi gözlə, ekran və ya çap vasitəsilə görülmür; bu rəng yalnız xüsusi “Oz” texnologiyası ilə retinadakı ayrı-ayrı fotoreseptorların lazerlə stimullaşdırılması nəticəsində beş iştirakçı tərəfindən müşahidə edilib.

Tədqiqatçılar “olo”nu mavi-yaşıl və ya tovuz quşu yaşılına bənzəyən, lakin adi rənglərdən daha yüksək doyumluluğa malik vizual təcrübə kimi təsvir ediblər. Bununla belə, mütəxəssislər arasında bu hadisənin həqiqətən “tam yeni rəng” sayılıb-sayılmaması ilə bağlı müzakirələr davam edir.

Mütəxəssislər uşaqlarla böyüklərin rəng və işıq qavrayışında fərqlərin ola biləcəyini qəbul edirlər. Məsələn, yaş artdıqca göz büllurunun saralması mavi işığın retinaya çatmasını azalda bilər. Lakin bu fakt 2015-ci ildən sonra doğulanların böyüklərin “tamamilə kor olduğu” ayrıca rəng spektrini gördüyü anlamına gəlmir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
25 aprel 2026