Yaxın Şərqdə enerji böhranı 1970-ci illərin neft şokları və 2022-ci ilin qaz böhranını xatırladır

BEA rəhbəri Fatih Birol bildirib ki, Yaxın Şərqdə doqquz ölkədə 40-dan çox enerji obyekti ciddi zərər görüb və böhran 1970-ci illərin neft şokları ilə 2022-ci ilin qaz böhranının birgə təsirini xatırladır.

16

Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol bildirib ki, Yaxın Şərqdə müharibə nəticəsində doqquz ölkədə 40-dan çox enerji obyekti ciddi zədələnib. Onun sözlərinə görə, bu vəziyyət qlobal iqtisadiyyat üçün böyük təhlükə yaradır və böhranın təsiri 1970-ci illərin neft şokları ilə 2022-ci ilin qaz böhranının birgə təsirinə bənzəyir.

Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol Yaxın Şərqdə davam edən hərbi münaqişənin qlobal enerji bazarları üçün son dərəcə ağır nəticələr doğurduğunu açıqlayıb. Onun sözlərinə görə, regionda doqquz ölkə üzrə azı 40 enerji obyekti “ciddi” və ya “çox ciddi” şəkildə zədələnib. Söhbət neft və qaz yataqları, neft emalı zavodları, boru kəmərləri və digər əsas infrastrukturdan gedir.

Birol bildirib ki, zədələnmiş obyektlərin fəaliyyətinin bərpası qısa müddətdə mümkün görünmür. Bu səbəbdən müharibə başa çatsa belə, neft və qaz tədarükündə, eləcə də, qlobal logistika və emal zəncirində uzunmüddətli fasilələr yarana bilər.

BEA rəhbəri hazırkı vəziyyətin miqyasını son onilliklərin ən böyük enerji sarsıntılarından biri kimi dəyərləndirib. O, bu böhranın təsirini 1970-ci illərin iki böyük neft şoku və 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra yaranan qaz böhranının birgə nəticəsi ilə müqayisə edib. “Associated Press”-in məlumatına görə, Birol neft itkisini gündə 11 milyon bareldən çox, qaz təchizatı itkisini isə təxminən 140 milyard kubmetr səviyyəsində qiymətləndirib. 

“Reuters”-in yaydığı məlumatda da göstərilir ki, qarşıdurma artıq Yaxın Şərqdə iri neft, qaz və LNG obyektlərinə zərbə vurub. Hücumlar İran, İraq, Qətər, Bəhreyn, BƏƏ, Küveyt və digər ölkələrdə hasilat, emal və ixrac əməliyyatlarını pozub. Bu da bazarlarda yeni qiymət şokları riskini artırıb.

Birol vurğulayıb ki, böhranın təsiri təkcə xam neft və təbii qazla məhdudlaşmır. Pozuntular neft-kimya məhsulları, gübrə, kükürd və helium kimi strateji sahələrə də yayılır. Bu isə xüsusilə istehsal, kənd təsərrüfatı və sənaye baxımından bir çox ölkə üçün əlavə təzyiq yaradır. Asiyanın isə ən həssas regionlardan biri olduğu bildirilir, çünki bu bölgə Yaxın Şərq enerji tədarükündən ciddi dərəcədə asılıdır.

BEA rəhbəri eyni zamanda Çin tərəfindən yanacaq və gübrə ixracına qoyulan məhdudiyyətlərə tənqidi yanaşıb. “Financial Times” yazır ki, Pekin daxili bazarı qorumaq üçün bəzi yanacaq və gübrə məhsullarının ixracını qeyri-rəsmi şəkildə məhdudlaşdırıb. Bu addım, xüsusən Asiyada təchizat zəncirində əlavə gərginlik yaradıb. Birol ölkələri koordinasiyalı addımlar atmağa və böhranın daha da dərinləşməsinin qarşısını almaq üçün birgə fəaliyyət göstərməyə çağırıb.

Ekspertlərin fikrincə, Yaxın Şərqdə enerji infrastrukturuna endirilən zərbələr yaxın dövrdə həm enerji qiymətlərində, həm də qlobal inflyasiyada yeni artım dalğası yarada bilər. Xüsusilə Hörmüz boğazı ətrafında risklərin artması dünya bazarları üçün əsas təhlükə olaraq

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026