Yaponiya Ukraynaya mədəni irs üçün 3,8 milyon dollar yardım ayırdı

Yaponiya, müharibədə zərər görən Ukrayna mədəni irsinin bərpasına dəstək məqsədilə UNESCO vasitəsilə 3,8 milyon dollar yardım edəcəyini açıqlayıb.

47

Yaponiya, müharibədə zərər görən mədəni irsin bərpasına dəstək olmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) vasitəsilə Ukraynaya 3,8 milyon dollar yardım edəcəyini açıqlayıb.

NHK xəbər agentliyinin məlumatına görə, bu yardım barədə Kiyevdə Yaponiya, Ukrayna və UNESCO rəsmilərinin iştirakı ilə imza mərasimi keçirilib. Yaponiya Kiyev səfiri Nakaqome Masaşi mərasimdən sonra etdiyi açıqlamada, mədəniyyətin Ukraynanın suverenliyinin mühüm hissəsi olduğunu vurğulayaraq, Yaponiya tərəfindən dəstəyin davam etdiriləcəyini bildirib.

UNESCO daha əvvəl Ukraynada tarixi və bədii əhəmiyyətli binalar daxil olmaqla, bir çox mədəni irs obyektlərinin müharibədə zərər gördüyünü açıqlamışdı.