Yaponiyada robot din xadimləri “xidmətə” başladı

Yaponiyada Buddist təlimləri ilə təchiz olunmuş süni intellektli robot "Buddharoid" məbədlərdə dua edir, xütbə verir və dini rituallarda insan rahiblərə alternativ olaraq xidmət göstərir.

48

Yaponiyada texnologiya ilə ənənəvi din təcrübəsi arasında yeni bir mərhələ başlayıb — robot din adamı məbədlərdə xidmətə başlayıb və dua edib, xütbə verir.

Bu robot — “Buddharoid” — Kioto Universiteti tərəfindən hazırlanmış və Buddist təlimləri ilə təchiz olunmuş bir insanabənzər robotdur. Robot, dua edən pozalar almaq, hörmət əlamətləri göstərmək, Buddist fəlsəfəsi əsasında suallara cavab vermək kimi funksiyalara malikdir. Tanıtımda, “Buddharoid” şəxsi münasibətlər haqqında soruşan birinə “İç tarazlığınızı qoruyun, münasibətləriniz yaxşılaşacaq” cavabını verib.

Bu inkişafın arxasında əsas səbəb olaraq Yaponiyanın sürətlə yaşlanan əhalisi və kənd bölgələrində din adamı çatışmazlığı göstərilir. Məbədlər üçün rahiblərin tapılması və maliyyələşdirilməsi getdikcə çətinləşir; bu səbəbdən “Buddharoid” kimi robotlar dini ritualları idarə etmək üçün alternativ həll kimi görünür.

“Buddharoid” yalnız yeni model deyil — oxşar ideya ilə hazırlanmış “Mindar” adlı robot da 2019-cu ildən Kiotodakı Kodai-ji məbədində xütbə vermək və Buddist mərasimlərini həyata keçirmək funksiyasına malikdir.

Bu tip robot din adamlarının istifadəsi dünyada dini icmalar arasında həm maraq, həm də müzakirə mövzusu olub; bəzi tədqiqatlar göstərir ki, robot vaizlər insan vaizlərinə nisbətən daha az etibarlıdır və dini dəstək baxımından fərqli qəbul edilir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026