Xose Mariya Balkasar Perunun yeni müvəqqəti prezidenti seçildi

Peru Konqresi solçu deputat Xose Mariya Balkasarı iyulun 28-dək ölkənin müvəqqəti dövlət başçısı seçib. O, vəzifədən uzaqlaşdırılan Xose Xerini əvəzləyib.

43

Peru Konqresində keçirilən səsvermə nəticəsində solçu deputat Xose Mariya Balkasar ölkənin yeni müvəqqəti dövlət başçısı seçilib. O, dünən vəzifəsindən kənarlaşdırılan Xose Xerinin yerinə gətirilib və iyulun 28-dək bu postu icra edəcək.

Paytaxt Lima şəhərində keçirilən Konqres iclasında siyasi partiyalar arasında ən çox səs toplayan 80 yaşlı Balkasar müvəqqəti dövlət başçısı statusu qazanıb. Bununla da o, son 10 il ərzində Peruda bu vəzifəni icra edən doqquzuncu şəxs olub.

Parlamentin qərarından sonra ölkədə siyasi partiyalar iyul ayında keçirilməsi planlaşdırılan prezident seçkiləri öncəsi seçki kampaniyalarına start verib.

Xatırladaq ki, Peru Konqresi bir gün əvvəl keçmiş dövlət başçısı Dina Boluartenin yerinə təyin olunmuş müvəqqəti dövlət başçısı Xose Xerini vəzifəsindən uzaqlaşdırmışdı. Yerli medianın məlumatına görə, Xerinin azad olunmasına dövlətlə iş aparan çinli iş adamları ilə yarı gizli görüşlər keçirməsi və bəzi dövlət qurumlarında kadr təyinatları ilə bağlı irəli sürülən qanunsuzluq iddiaları səbəb olub.