Pandemiya dövründə bir fabrikdə işini itirən Xabi Leym (Khaby Lame) bu gün dünyada milyonlarla insan tərəfindən tanınan və uğuru ilə heyrətə gətirən sosial media fenomeninə çevrilib.
Heç bir söz demədən, yalnız əllərini iki yana açaraq verdiyi sadə reaksiyalarla “life-hack” videoları hazırlayan Seneqal əsilli İtaliya vətəndaşı Xabi Leym, qısa müddətdə 160 milyondan çox izləyicinin diqqətini cəlb edib və bu, onu yaradıcı iqtisadiyyatın ən böyük ulduzlarından birinə çevirib.
Ən son xəbərlərə görə, Leym öz şirkətini “Step Distinctive Limitedi Rich Sparkle Holdings” adlı şirkətə satıb və bu razılaşmanın dəyəri 900 milyon–975 milyon dollar arasında qiymətləndirilir. Razılaşma nağd xərc yox, yalnız səhmlərlə dəyişdirilmə yolu ilə həyata keçirilib.
Leym şirkətin səhmlərinin 49 %-nin sahibidir, qalan hissəsi isə çinli ortaqda qalır, yəni o tam məbləği birbaşa əldə etməsə də, böyük holdingin vacib hissə payına malik olur.
Razılaşmanın ən diqqət çəkən cəhətlərindən biri isə Leymin süni zəka ilə yaradılmış “rəqəmsal əkizi”nin də satılmasıdır. Bu rəqəmsal nüsxə onun əslində olmadan da müxtəlif dillərdə və başqalarına nisbətən daha ucuz sərfiyyatla məzmun yaratmağa və gəlir əldə etməyə davam edəcək və real vaxtda Leym yatdığı halda belə 24/7 işləyə biləcək.
Sadə jestləri və susqunluğu ilə tanınan Xabi Leymin bu uğuru, ənənəvi istehsaldan uzaq, səmimi və universal üslubla sosial mediada necə fenomenə çevrilə biləcəyinin parlaq nümunəsidir; bu satış onun yalnız zənginləşməsini deyil, həm də yaradıcı iqtisadiyyatın nə qədər böyük və güclü sektor olduğunu göstərir.