“X” platformasında qlobal giriş problemi yaranıb

ABŞ mərkəzli "X" sosial media platformasında qlobal miqyasda giriş problemi qeydə alınıb. Downdetector məlumatına görə, problem saat 16:00-dan etibarən başlayıb.

157

ABŞ mərkəzli “X” sosial media platformasında giriş problemi yaşandığı bildirilir. Xidmət kəsintilərini izləyən “Downdetector” platformasının məlumatına görə, problem yerli vaxtla saat 16:00-dan etibarən qeydə alınmağa başlayıb.

İstifadəçilər sosial şəbəkəyə daxil olmaqda çətinlik çəkdiklərini və səhifələrin yüklənmədiyini bildirirlər. Şikayətlərdən problemin bir neçə ölkədə müşahidə olunduğu anlaşılır.

Şirkət tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Problemin səbəbi və nə vaxt aradan qaldırılacağı barədə əlavə məlumat gözlənilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.