“Washington Post”-un yayımçısı kütləvi ixtisarlardan sonra istefa verdi

"Washington Post" qəzetinin yayımcısı və icraçı direktoru Uill Luis redaksiyada aparılan kütləvi ixtisarlardan sonra vəzifəsindən istefa etdiyini açıqlayıb.

38

ABŞ-ın nüfuzlu nəşrlərindən olan “Washington Post” qəzetinin yayımçısı və icraçı direktoru Uill Luis redaksiyada həyata keçirilən kütləvi işdən çıxarmalardan sonra vəzifəsindən istefa etdiyini elan edib. Luis qərarını əməkdaşlara göndərdiyi elektron məktubla açıqlayaraq, istefa üçün artıq “doğru zamanın yetişdiyini” bildirib.

İstefa açıqlamasında “Washington Post”-un sahibi, amerikalı milyarder Ceff Bezosa təşəkkür edən Luis, rəhbərlik etdiyi dövrdə qəzetin davamlı və dayanıqlı gələcəyini təmin etmək məqsədilə çətin qərarlar qəbul edildiyini vurğulayıb. O qeyd edib ki, bu addımlar “The Post”-un uzun illər ərzində hər gün milyonlarla oxucuya yüksək keyfiyyətli və qərəzsiz xəbərlər təqdim etməyə davam etməsi üçün atılıb.

Uill Luis 2023-cü ildə Ceff Bezos tərəfindən bu vəzifəyə gətirilmiş və sahibinin redaksiya siyasəti və strukturunda apardığı mübahisəli dəyişikliklərə açıq dəstək göstərmişdi. Onun rəhbərliyi dövründə qəzetdə xərclərin azaldılması və struktur islahatları gündəmə gəlmişdi.

Qeyd edək ki, “Washington Post” rəhbərliyi fevralın 4-də idman və kitab bölmələri də daxil olmaqla yüzlərlə jurnalistin işdən çıxarıldığını açıqlamışdı. Məhz, bu kütləvi ixtisarlar media qurumunda ciddi narazılıq yaradıb və Luisin istefasını şərtləndirən əsas amillərdən biri kimi qiymətləndirilir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.