Vitse-prezidentin evinə hücum edildi

ABŞ-nin vitse-prezidenti C.D.Vensin Ohayo ştatının Sinsinnati şəhərindəki şəxsi evinə hücum edildi. Pəncərələr sındırıldı, bir nəfər həbs olundu. Vens və ailəsi hadisə zamanı evdə olmayıb.

37

ABŞ-nin vitse-prezidenti müavini C.D Vensin Ohayo ştatının Sinsinnati şəhərindəki şəxsi yaşayış evinə hücum təşkil edildiyi bildirilir. Hadisə gecə saatlarında, Vens və ailəsi evdə olmadığı vaxtda baş verib. Olay nəticəsində evin bir neçə pəncərəsi sındırılıb, bir nəfər isə polislər tərəfindən həbs edilib.

Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları və ABŞ xüsusi xidmət orqanları dərhal reaksiya verərək Vensin İst Uolnut Hillz qəsəbəsindəki evinə gəlmiş və geniş təhlükəsizlik tədbirləri tətbiq etmişlər. Rəsmi mənbələr hücum zamanı evə daxil olunmadığını və maddi ziyanın əsasən pəncərələrin sındırılması ilə məhdudlaşdığını bildirirlər.

Məlumatlara görə, saxlanılan şübhəli şəxsin motivi hələlik açıqlanmayıb və dəlillər toplanaraq araşdırma davam etdirilir. Hadisənin siyasi motivli olub-olmadığı, yaxud fərdi səbəblərlə törədildiyi ilə bağlı rəsmi açıqlama yoxdur.

Bu hücum ABŞ daxilində yüksək səviyyəli dövlət rəsmilərinə qarşı təhlükəsizliyin mühüm mövzu olduğunu bir daha gündəmə gətirir və federal araşdırma təşkilatlarının diqqət mərkəzindədir.