“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior “Instagram” hesabındakı bütün paylaşımları, profil şəklini və seçilmiş hekayələri silib.
MSNews.az xəbər verir ki, “AS” futbolçunun profilindən “Real Madrid”lə bağlı qeydləri də götürdüyünü yazıb. Bu addım klubla yeni müqavilə danışıqlarının davam etdiyi vaxtda atılıb.
Vinisiusun mövcud müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir. Futbolçu sosial şəbəkədəki dəyişikliklərin səbəbini açıqlamayıb. Buna görə addımın mümkün transfer və ya müqavilə danışıqları ilə əlaqəli olduğu hələlik təsdiqlənməyib.