Venesiyanın vəba doktoru maskası: Karnavalın qorxulu tarixi

Venesiyada keçirilən məşhur karnavalın ən qorxulu simvolu olan Vəba Doktoru maskası haradan yaranıb? Orta əsrlərdə vəba, ölüm və tibbin acizliyi bu maskanı necə formalaşdırdı?

50

Bu gün Venesiya karnavalının simvoluna çevrilən Vəba Doktoru maskası əslində orta əsrlərin ölüm və qorxu dolu reallığından doğub. Bir vaxtlar xəstəlikdən qorunmaq üçün istifadə edilən bu geyim, zamanla əyləncə və maskarad mədəniyyətinin ayrılmaz hissəsinə çevrildi.

Bu gün keçirilən karnaval da orta əsr ab-havasını yaşadır. Venesiya turizm idarəsi artıq karnavalı açıq hava altına keçirmək üçün lazım olan bütün işləri görmüşdür.Karnaval zamanı insanlar müxtəlif maskalar və kostyumlar geyir. Bu maskaların və kostyumların hər birinin bir gizli keçmişi vardır. Xüsusilə, Vəba Doktoru maskası daha hürküdücü idi.

Orta əsrlərdə yaşamaq, qaranlıq bir dövrdə yaşamaq idi. Bu dövr vəba xəstəliyinin tüğyan etdiyi dör idi. Çindən İpək Yolu vasitəsilə gələn axınlar zamanı Avropada vəba xəstəliyi yayılır. 1348-ci ildə yayılan ilk dalğa zamanı 25 milyon insan həyatını itirir. 1400-cü illərə qədəm qoyduğunda artıq 150 milyon insanı məhv etmişdi vəba…Tibbin inkişaf etmədiyi dövrdə vəbadan qurtulmağın əsas yolu o ərazilərdən qaçmaq idi. Bir çox savadlı həkim də ya qaçmı, ya da vəbanın qurbanına çevrilmişdi. Vəba Doktoru adını almış həkimlər isə xüsusi kostyumlar geyir və quş başına oxşar maska taxırdılar ki, ətrafdan infeksiyaya yoluxmasınlar. Bu maska və kostyum ölümün simvolu idi.

Lakin zaman keçdikcə bu geyim forması karnavalın ən əsas formasına çevrildi.