Uqandalı general Türkiyə ilə bağlı qalmaqallı postlarını sildi

Uqanda ordusunun komandanı Muhoozi Kayneruqaba Türkiyə ilə bağlı qalmaqallı və təhqiredici paylaşımlarının çoxunu silib. Kampala isə “narahatlığa əsas yoxdur” mesajı verərək gərginliyi yumşaltmağa çalışır.

9

Uqanda Silahlı Qüvvələrinin komandanı, prezident Yoveri Museveninin oğlu Muhoozi Kayneruqaba Türkiyə ilə bağlı qalmaqallı paylaşımlarından sonra geri addım ataraq həmin postların böyük hissəsini silib.

“Sözcü”-nün yazdığına görə, general Türkiyədən 1 milyard dollar tələb etmiş, üstəlik açıq şəkildə təhqiredici və təxribatçı xarakter daşıyan başqa şərtlər də irəli sürmüşdü. Daha sonra bu paylaşımların əksəriyyəti hesabından yoxa çıxıb.

“Daily Sabah” xəbər verir ki, Kayneruqaba paylaşım seriyasında Türkiyə ilə bütün əlaqələrin kəsilə biləcəyini də yazmışdı. Nəşrin məlumatına görə, o, bir aylıq ultimatum havasında danışıb, daha sonra isə Türkiyə xalqını sevdiyini bildirən başqa bir paylaşım edib. Ankara isə ilkin mərhələdə bu tvitlərlə bağlı rəsmi şərh verməyib.

Hadisədən sonra Uqanda tərəfi tonu yumşaltmağa çalışıb. Uqandanın BMT-dəki daimi nümayəndəsi Adonia Ayebare bildirib ki, generalın tvitləri rəsmi siyasət dəyişikliyi yox, “Uqandanın ciddi narahatlıqlarının necə qarşılandığına dair narazılığın ifadəsidir”. O, həmçinin “narahatlığa əsas yoxdur” deyərək Kampala ilə Ankara arasında münasibətlərin nəzarətdə qaldığını vurğulayıb.

Eyni materialda qeyd olunur ki, Türkiyənin Kampaladakı səfiri Fikrət Kerem Alp Uqandanın beynəlxalq işlər üzrə dövlət naziri Henri Okello Oryem ilə görüş keçirib. Bu detal göstərir ki, sərt ritorikaya baxmayaraq, diplomatik kanallar tam bağlanmayıb və tərəflər əlaqəni qorumağa çalışırlar.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
12 aprel 2026