Uqandada vəhşi təbiəti qoruma qurumları 1983-cü ildən bəri yox olmuş kərgədanları yenidən milli parka qaytarıb. İlk mərhələdə bir neçə ağ kərgədan Kidepo Valley Milli Parkına köçürülüb.
Heyvanlar xüsusi mühafizə şəraitində 400 km məsafədən daşınıb. Layihə brakonyerlik nəticəsində yox olan növün bərpası istiqamətində mühüm addım hesab olunur.
Rəsmilər bildirir ki, ilin sonuna qədər daha çox kərgədanın bölgəyə gətirilməsi planlaşdırılır.