“Ümumi təhsil haqqında” Qanunun tətbiqi ilə bağlı Prezidentdən yeni FƏRMAN

Prezident “Ümumi təhsil haqqında” Qanunda edilən dəyişikliklərin tətbiqi ilə bağlı fərman imzalayıb. Müəllimlərin işə qəbulu və ödəniş mexanizmi ilə bağlı yeni səlahiyyət bölgüsü müəyyənləşdirilib.

209

Azərbaycan Respublikasının Prezidenti “Ümumi təhsil haqqında” Qanunda edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı Fərman imzalayıb. Fərman 2025-ci il 23 dekabr tarixli qanunun icrasını təmin etmək və bu sahədə səlahiyyət bölgüsünü dəqiqləşdirmək məqsədi daşıyır.

Sənədə əsasən, “Ümumi təhsil haqqında” Qanunun 27.4-cü maddəsində nəzərdə tutulmuş bir sıra səlahiyyətlər Prezidentə, Nazirlər Kabinetinə və Elm və Təhsil Nazirliyinə həvalə olunub. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə prosesinə dair müəyyən qərarların qəbul edilməsi Prezidentin səlahiyyətinə aid edilib.

Fərmana uyğun olaraq, Nazirlər Kabinetinə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün ödəniş məbləğinin üç ay müddətində təsdiqlənməsi və bu barədə Prezidentə məlumat verilməsi tapşırılıb. Eyni zamanda, qanundan irəli gələn digər məsələlərin həlli də hökumətin üzərinə düşür.

Bundan başqa, 2019-cu ildə “Ümumi təhsil haqqında” Qanunun tətbiqi ilə bağlı imzalanmış Prezident fərmanına dəyişikliklər edilib və müvafiq maddələr yeni qanunvericilik tələblərinə uyğunlaşdırılıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.