Ukraynaya icbari vergi ödəyən sahibkara dövlətə xəyanət işi açıldı

61 yaşlı Oleq Varyuxin Ukraynada sahibkar kimi ödədiyi məcburi hərbi rüsuma görə Rusiyada dövlətə xəyanətdə ittiham olunur. Bu, Ukrayna büdcəsinə vergi ödənişinə əsaslanan ilk məlum belə işdir.

74

Rusiyada 61 yaşlı sahibkar Oleq Varyuxin Ukraynada ödədiyi məcburi hərbi rüsuma görə dövlətə xəyanətdə ittiham olunub. Hüquq müdafiəçilərinin və medianın məlumatına görə, bu, Ukrayna büdcəsinə vergi ödənişinin dövlətə xəyanət ittihamına əsas verdiyi ilk məlum haldır.

MSNews.az xəbər verir ki, “Mediazona” yazır ki, Varyuxin 1999-cu ildən Ukraynada yaşayıb və uzun illər kosmetika və ətir mağazası işlədib. Ukraynada hərbi rüsum 2014-cü ildə tətbiq olunub və sahibkarlar üçün məcburi ödənişlərdən biri olub.

Varyuxinin vəkili Yuri Şel bildirib ki, müştərisinin həmin rüsumu ödəməmək hüquqi olaraq mümkün olmayıb və o, dövlətin bu vəsaiti necə xərcləməsinə təsir göstərə bilməzdi.

İstintaq materiallarına görə, Varyuxin 2026-cı ilin yazında sənədlərini qaydaya salmaq üçün Moldovadan Rusiyaya gəlib. Moskvanın Vnukovo hava limanında əlavə yoxlamaya cəlb edilən zaman FTX əməkdaşları ondan telefonunun kilidini açmağı tələb edib və cihazda Ukrayna vergi orqanlarına edilən ödənişlərin qəbzlərini aşkarlayıblar.

Bundan sonra Varyuxin xırda xuliqanlıq ittihamı ilə ardıcıl olaraq dörd dəfə 15 sutkalıq inzibati həbsə məruz qalıb. İyulun 22-də isə Moskvanın Meşçanski Rayon Məhkəməsi onun barəsində dövlətə xəyanət işi üzrə həbs qətimkan tədbiri seçib.

İşdə ayrıca hüquqi mübahisə də var. Varyuxinin müdafiəsi bildirir ki, o, SSRİ dağılandan sonra Rusiya vətəndaşlığı almayıb və buna görə Rusiya Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə isə onu Rusiya vətəndaşı kimi qiymətləndirir.

“Meduza” qeyd edir ki, Rusiyada əvvəllər Ukrayna ordusuna birbaşa pul köçürmələrinə görə dövlətə xəyanət işləri açılıb, lakin məcburi vergi ödənişinin belə ittihama əsas olması ilk məlum haldır.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.