Ukraynanın Liviyadakı fəaliyyəti “Arctic Metagaz” hücumu ilə bağlanır

"RFI" araşdırmasına görə, Ukraynanın qərbi Liviyada 200-dən çox hərbi mütəxəssisi yerləşdirilib və “Arctic Metagaz” gəmisinə hücum bu infrastrukturla əlaqələndirilir. 

29

Fransanın “RFI” radiosunun araşdırmasına istinadən yayılan məlumatlara görə, Ukraynanın Liviyanın qərbində məhdud hərbi mövcudluğu var və mart ayında Rusiya qazdaşıyanı “Arctic Metagaz”a edilən hücum da bu infrastrukturla əlaqələndirilir.

Agenzia Nova“-nın “RFI” materialının xülasəsində bildirilir ki, söhbət Tripoli hökuməti ilə razılaşdırılmış şəkildə qərbi Liviyada yerləşdirildiyi deyilən 200-dən çox ukraynalı zabit və mütəxəssisdən gedir. Həmin materialda bu şəxslərin Misrata, Mellitah və Tripoli yaxınlığındakı üç nöqtədə fəaliyyət göstərdiyi iddia olunur.

Eyni araşdırma xəttinə görə, martın əvvəlində zədələnən “Arctic Metagaz” gəmisinə zərbə Ukraynaya məxsus “Magura V5” dəniz dronu ilə endirilib. Ancaq bu detal da hazırda əsasən “RFI”-yə istinad edən ikinci dərəcəli nəşrlərdə yer alır. “Reuters”-in təsdiqlədiyi hissə odur ki, “Arctic Metagaz” martın əvvəlində ehtimal edilən Ukrayna hücumundan sonra heyətsiz vəziyyətdə Aralıq dənizində sürüklənib və Rusiya tərəfi hücumun Ukrayna dəniz dronları ilə həyata keçirildiyini iddia edib. Reuters həmçinin yazır ki, nə Ukrayna, nə də Liviya bu insidentlə bağlı açıq şərh verməyib.

“Arctic Metagaz”la bağlı təsdiqlənən əsas faktlar bunlardır: gəmi martın 3-də zədələnib, 30 nəfərlik ekipaj təxliyə olunub, sonradan gəmi heyətsiz şəkildə Liviyanın axtarış-xilasetmə zonasına daxil olub və ekoloji risk yaratdığı üçün Liviya sahil mühafizəsi tərəfindən uzaqlaşdırılmağa çalışılıb. “Reuters“-in 13 mart tarixli materialına görə, 30 ekipaj üzvü hücumdan sonra evakuasiya edilib.

Rusiya tərəfi insidenti daha sərt siyasi-hüquqi çərçivəyə salmağa çalışır. Kremlin saytında və TASS-ın yaydığı məlumatda Rusiya Dəniz Kollegiyasının rəhbərliyi bildirib ki, toplanacaq sübutlar əsasında dəymiş zərərin “təcavüzkar” tərəfindən ödənilməsi tələb olunmalıdır.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.