Ukraynanın Donetsk bölgəsində davam edən döyüşlərdən qaçan 89 yaşlı Konstantin Alekseyeviç toyuğunu tərk etmədən öz avtomobili ilə təhlükəsiz əraziyə çatıb. Bu anların videoları qısa müddətdə internetdə geniş yayılıb və milyonlarla insanın ürəyinə toxunub.
Ukrayna mərkəzli TSN xəbər agentliyinə danışan sosial işçi Tatyana Koloda bildirib ki, təxliyə edilən yaşlı kişi toyuğu ilə birlikdə gəlib və əvvəl onların yemək üçün qaçdıqlarını düşündüklərini, amma Aleksеyeviçin toyuğu “dostu” kimi gördüyünü dediyini bildirib. O, toyuğun beş yaşında olduğunu və iki il boyunca bombardmanlar zamanı yanından ayrılmadığını söyləyib. Yolda toyuqla birlikdə quru çörək paylaşdıqları da vurğulanıb.
Konstantinin ögey oğlu Sergey Kuharenko bildirib ki, atasını və toyuğunu Kirovoqrad bölgəsinə gətiriblər. Sergey eyni zamanda atasının döyüşlərin başlanğıcında evini tərk etmədiyini, amma qonşu evlərə iki dəfə hücum olunandan sonra yola çıxmaq qərarına gəldiyini deyib. Ailə əvvəlcə bir iti də götürməyə çalışıb, lakin o iti itirdiklərini qeyd ediblər.
Konstantin Alekseyeviç bildirib ki, artıq yaxşı vəziyyətdədir və toyuğu ilə birlikdə yaşayışını davam etdirəcək. O, “toyuğun olması ona güc verdiyini” vurğulayıb və yaxınlarının yanında qalacağını söyləyib.