“Üçüncü dalğa” təcrübəsi: faşizmin necə yarana biləcəyini göstərən məşhur eksperiment

1967-ci ildə müəllim Ron Consun həyata keçirdiyi “Üçüncü dalğa” təcrübəsi şagirdlər üzərində faşizm və kollektiv itaətkarlığın necə yarana biləcəyini göstərən məşhur sosial eksperiment kimi tarixə düşüb.

34

1967-ci ildə ABŞ-da tarix müəllimi Ron Cons tərəfindən aparılan “Üçüncü dalğa” təcrübəsi demokratik cəmiyyətlərdə belə avtoritar və faşist meyllərin necə sürətlə formalaşa biləcəyini göstərən ən məşhur sosial eksperimentlərdən biri hesab olunur.

Təcrübənin məqsədi hər bir, xüsusilə, demokratik toplumların belə faşizmə meylli olduğunu sübut etmək idi.

Bunun üçün o, lisey içində bəzi şagirdləri seçib, onların prestijli bir qrupa aid olduğunu demişdi. Məktəblilər hər gün dərslərini xüsusi bir motivasiya ilə hazırlamış və yüksək nailiyyətlər əldə etmişlər. Lakin eyni zamanda, qrup daxilində mənfi meylli davranışlar da biruzə verməyə başlayır. Hətta bu davranışlar sinifdən kənara da siraət edir.
Cons, təcrübənin birinci günü sadə bir qayda qoyur: zəngin çalınması ilə hər bir şagird 30 saniyə ərzində yerinə oturmalı, söz almadan və ayağa qalxmadan danışmamalı, söz alıb danışsa belə, qısa, cəmi 3 kəlmə ilə danışmalı və hər cümlənin sonunda “Cənab Cons!” deməlidir.
İkinci gün o, sinfin özəl sinif olduğunu bəyan etmiş, hətta nasist salamlaşmasını öyrətmiş, sinif üzvlərinin bir-birini, hətta sinifdən xaricdə də bu formada salamlamalı olduğunu əmr etmişdi.
Üçüncü gün, təcrübənin miqyasını böyüdərək bütün məktəbə yaymışdır. Şagirdlər qrup üzvləri üçün üzvlük kartı yaratmış, hətta loqo hazırlamışlar. İş o həddə çatmışdı ki, digər sinifdən olanları və qrup üzvü olmayanları sıxışdırmış, onlara qarşı zor tətbiq etmişlər.
Dördüncü gün, Cons işin cığırdan çıxacağını hiss edib, təcrübəni durdurmuşdur. Ertəsi gün o, sinfə bir televizor gətirərək, nasistlərlə bağlı sənədli film nümayiş etdirmiş və bu təcrübənin əslində nasizm mövzusunun daha dərindən öyrənilməsi məqsədilə həyata keçirdiyini elan etmişdir.
Bundan sonra məsələ böyümüş və Cons məktəbdən qovulmuşdur.
Bu təcrübədən təsirlənərək 1981-ci ildə “The Wave”, 2008-ci ildə “Die Welle” filmləri çəkildi.
10 oktyabr 2010-cu ildə təcrübənin üzvlərindən biri olan Filip Nil (Philip Neel) bu təcrübədən bəhs edən “Lesson plan” adlı sənədli film çəkdi.