
Türk bloqer Cem Kutlu sosial şəbəkələrdə “Qarabağ” futbol klubunun yeni loqotipi üçün öz dizaynını təqdim edib.
Onun işi qısa zamanda azarkeşlər arasında geniş müzakirəyə səbəb olub. Bəzi izləyicilər loqotipin yenilənməsini dəstəkləsə də, bir qrup istifadəçi mövcud dizaynın dəyişdirilməsinin əleyhinə reaksiya göstərib.
MSNews.az-ın məlumatına görə, “Qarabağ” klubuna loqotipin dəyişdirilməsi ilə bağlı çoxsaylı suallar daxil olub. Klubun rəsmi açıqlamasında bildirilib ki, hazırda loqotipin dəyişdirilməsi və ya brendin yenilənməsi məsələsi gündəmdə deyil:
“Son günlər klubumuzun loqotipi ilə bağlı müxtəlif təkliflər və müzakirələr səslənir. ‘Qarabağ’ FK olaraq bildiririk ki, bu mərhələdə hər hansı bir rebrendinq və ya loqotip dəyişikliyi nəzərdə tutulmur. İctimaiyyətin və mütəxəssislərin fikrinə hörmətlə yanaşsaq da, loqotipin dəyişdirilməsi planlaşdırılmır.”
Cem Kutlunun “Instagram”da paylaşdığı videonu sizə təqdim edirik.