“Trump-Kennedy Center” təmirə bağlanır: mərkəz 2 il fəaliyyət göstərməyəcək

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı "Trump-Kennedy Center"-in 2026-cı ilin iyulundan etibarən iki il müddətinə təmirə bağlanacağını və yeni əyləncə kompleksinin tikiləcəyini açıqlayıb.

179

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun simvolik mədəniyyət məkanlarından biri olan və bu yaxınlarda adı “Trump-Kennedy Center” olaraq dəyişdirilən Kennedi Mərkəzinin genişmiqyaslı təmir işləri səbəbilə 2026-cı il iyulun 4-dən etibarən iki il müddətinə fəaliyyətini dayandıracağını açıqlayıb.

Tramp sosial şəbəkə hesabında paylaşdığı bəyanatda bildirib ki, təmir prosesi ilə paralel olaraq ərazidə yeni əyləncə kompleksinin də tikintisinə başlanacaq. Prezidentin sözlərinə görə, uzun illərdir həm maliyyə, həm də struktur baxımından ciddi problemlərlə üzləşmiş, baxımsız və köhnəlmiş mərkəz əsaslı yenidənqurmadan sonra dünya səviyyəli incəsənət, musiqi və əyləncə məkanına çevriləcək.

Qeyd edək ki, Ağ Ev 2025-ci il dekabrın 18-də Kennedi Mərkəzinin adının rəsmi olaraq “Trump-Kennedy Center” adlandırıldığını elan etmiş, bundan sonra Trampın adı binaya və mərkəzin rəsmi internet səhifəsinə əlavə edilmişdi.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.