Trampın keçmiş müttəfiqləri yeni hərəkat başladıb

Taker Karlson, Tomas Massi, Marjori Teylor Qrin və Co Kent Trampın xarici siyasətinə qarşı “America First” yönümlü yeni siyasi hərəkat elan ediblər.

56

ABŞ Prezidenti Donald Trampın bir sıra keçmiş müttəfiqləri xarici müharibələrə qarşı yeni siyasi hərəkat başlatdıqlarını açıqlayıblar.

MSNews.az xəbər verir ki, təşəbbüsdə jurnalist Taker Karlson, konqresmen Tomas Massi, keçmiş konqresmen Marjori Teylor Qrin və Milli Terrorla Mübarizə Mərkəzinin sabiq direktoru Co Kent iştirak edir.

Qrin sosial şəbəkədə paylaşdığı fotoda Trampı xarici müharibələrə son qoymaq vədinə əməl etməməkdə ittiham edərək “hərəkatın başladığını” bildirib.

Bu barədə “The Independent” məlumat yayıb.

“The Daily Beast” yazır ki, təşəbbüsün ayrıca siyasi partiyaya çevrilib-çevrilməyəcəyi hələ məlum deyil. Bununla belə, hərəkatın aralıq seçkilərdə Respublikaçı seçicilərin bir hissəsini cəlb edə biləcəyi ehtimal olunur.