Trampdan Qrenlandiyaya yeni “təhdid” iddiası 

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın Baş nazirinin açıqlamasına sərt reaksiya verib və adanın gələcəyi ilə bağlı narahatlıqlar yaradıb. Qrenlandiya və Danimarka ABŞ-a qoşulma variantını rədd edib.

184

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya adasının satılması və ya ABŞ tərəfindən idarə olunması ilə bağlı bəyanatları beynəlxalq gündəmdə yenidən kəskin reaksiyalara səbəb olub.

Tramp Qrenlandiyanın Baş naziri Yens‑Frederik Nilsenin “ABŞ‑ı seçmədik” ifadəsinə sərt cavab verərək bu mövqeyi “böyük problem” olaraq qiymətləndirib.

Məqalədə bildirilir ki, Tramp Nilsenin kim olduğunu bilmədiyini və onun qərarından narazı qaldığını vurğulayıb. ABŞ Prezidenti “Bu, onların problemidir” deyərək, adanın gələcəyinə dair fərqli baxışın davam etməsinin müəyyən nəticələrə gətirib çıxara biləcəyini vurğulayıb.

Qrenlandiya rəhbərliyi isə ABŞ‑a qoşulma fikrini qəti şəkildə rədd edərək, Danimarka ilə birlikdə qalacaqlarını bəyan edib. Baş nazir Nilsen geopolitik gərginliyin fonunda adanın təhlükəsizliyi və gələcəyinin Danimarka Krallığının bir hissəsi olaraq – NATO müttəfiqliyi çərçivəsində müəyyən ediləcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ rəhbərinin Qrenlandiyaya dair belə iddiaları Avropa və beynəlxalq ictimaiyyət tərəfindən ciddi narahatlıqla qarşılanır. Bir çox Avropa lideri və NATO müttəfiqləri bu cür bəyanatların beynəlxalq hüquqa və suverenliyin qorunmasına zidd olduğunu bildiriblər.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.