Tramp: “Türkiyədə keçirilməsəydi bu tədbirdə iştirak etməyəcəkdim”

ABŞ Prezidenti Donald Tramp NATO-nun Ankara sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “güclü lider” adlandırıb, Türkiyəyə qarşı sanksiyaların aradan qaldırılacağını bildirib və Ankara ilə hərbi anlaşmaların müzakirə olunduğunu açıqlayıb.

11

ABŞ Prezidenti Donald Tramp NATO-nun Ankarada keçirilən sammiti çərçivəsində Türkiyə ilə münasibətlərə dair mühüm açıqlamalar verib.

MSNews.az xəbər verir ki, Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “çox güclü lider” və “çox güclü insan” adlandırıb. ABŞ lideri bildirib ki, sammit Türkiyədə və Ərdoğanın ev sahibliyi ilə keçirilməsəydi, tədbirdə iştirak etməyə bilərdi.

Tramp NATO ilə bağlı narazılığını da ifadə edib. O, alyansdan “çox məyus olduğunu” deyərək bəzi üzv ölkələrin ABŞ-ın gözləntilərini tam qarşılamadığını bildirib. “Reuters“-in məlumatına görə, Ankara sammitində Tramp bir sıra NATO müttəfiqlərini, xüsusilə də İranla bağlı mövqelərinə görə tənqid edib.

ABŞ Prezidenti Türkiyəyə qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılacağını da açıqlayıb. Söhbət əsasən Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasına görə tətbiq edilmiş CAATSA sanksiyalarından gedir. Nəşrin məlumatına görə, Tramp Türkiyəyə qarşı sanksiyaların ləğv ediləcəyini və F-35 qırıcılarının mümkün satışı ilə bağlı qərarın nəzərdən keçiriləcəyini bildirib.

Trampın sözlərinə görə, ABŞ və Türkiyə bir sıra hərbi anlaşmaları müzakirə edir. O, Türkiyənin “dünyanın ən böyük və ən güclü ordularından birinə” malik olduğunu vurğulayaraq Ankaranın NATO-ya bir çox ölkədən daha çox güc qatdığını deyib.

ABŞ lideri Türkiyənin İranla müharibə dövründə Vaşinqtona mühüm dəstək verdiyini də bildirib. Tramp qeyd edib ki, Türkiyənin bu prosesdə rolu “danılmazdır” və Ankara ABŞ-a bir çox baxımdan vacib yardım göstərib.

PBS NewsHour“-un məlumatına görə, Tramp Ərdoğanla görüşündə Türkiyəyə F-35 qırıcılarının satışının mümkünlüyünü də gündəmə gətirib. Bu məsələ uzun müddətdir Vaşinqtonla Ankara arasında əsas mübahisə mövzularından biri olaraq qalır.

Qeyd edək ki, Türkiyə F-35 proqramından 2019-cu ildə Rusiyadan S-400 sistemləri aldığı üçün çıxarılmışdı. ABŞ həmin vaxt S-400-lərin F-35-lərin təhlükəsizliyi üçün risk yarada biləcəyini əsas gətirmişdi. Ankara isə proqram üzrə öhdəliklərini yerinə yetirdiyini və ödəniş etdiyi təyyarələri almadığını bildirir.

Trampın açıqlamaları Ankara sammitində ABŞ-Türkiyə münasibətlərində yeni mərhələnin başlaya biləcəyi barədə gözləntiləri artırıb. Bununla belə, F-35 satışının bərpası üçün ABŞ daxilində hüquqi və Konqreslə bağlı maneələrin qalmaqda olduğu bildirilir.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.