Tramp Pem Bondini işdən çıxardı

Donald Tramp ABŞ baş prokuroru Pem Bondini vəzifədən uzaqlaşdırıb. "Reuters" yazır ki, qərarın əsas səbəbləri Epşteyn sənədləri qalmaqalı və fəaliyyətlə bağlı artan narazılıq olub.

37

ABŞ Prezidenti Donald Tramp baş prokuror Pem Bondini vəzifəsindən azad edib. “Reuters“-in məlumatına görə, qərarın arxasında Bondinin fəaliyyəti ilə bağlı artan narazılıq, xüsusilə də Cefri Epşteyn işi üzrə sənədlərin açıqlanmasının idarə olunması dayanır. Tramp eyni zamanda onun siyasi rəqiblərə qarşı hüquqi addımlarda kifayət qədər sürətli davranmadığını düşünürdü. 

Tramp sosial şəbəkə paylaşımında Ədliyyə Nazirliyinə müvəqqəti olaraq baş prokurorun müavini Todd Blanşın rəhbərlik edəcəyini açıqlayıb. Blanş daha əvvəl Trampın şəxsi vəkili olub. Bondi isə paylaşımında bu vəzifəni “ömürlük şərəf” adlandırıb və yaxın bir ay ərzində keçid prosesində iştirak edəcəyini bildirib.

Bondinin dönəmində Ədliyyə Nazirliyinin Ağ Evdən müstəqilliyi ilə bağlı ənənəvi sərhədlərin zəiflədiyi yönündə tənqidlər güclənmişdi. Onun fəaliyyəti xüsusilə Epşteyn sənədləri məsələsinə görə həm Tramp tərəfdarları, həm də bəzi respublikaçı qanunvericilər tərəfindən sərt tənqid olunurdu.

Mənbələrin verdiyi məlumata görə, Tramp Bondiyə bir neçə ay ərzində fəaliyyətindən narazı olduğunu dəfələrlə çatdırıb. Hətta onu əvəz etmək üçün Ekoloji Mühitin Mühafizəsi Agentliyinin rəhbəri Li Zeldinin adı da mümkün namizədlərdən biri kimi müzakirə olunub. Bondinin işdən çıxarılması son həftələrdə vəzifədən uzaqlaşdırılan ikinci yüksəkçinli Tramp rəsmisi kimi diqqət çəkir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930