Tramp İrana 48 saat vaxt verdi

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının açılması üçün İrana 48 saat vaxt verib və əks halda enerji obyektlərinə zərbə endiriləcəyini bildirib.

13

Donald Tramp İrana sərt ultimatum verib. ABŞ prezidenti bildirib ki, əgər 48 saat ərzində Hörmüz boğazı tam şəkildə blokadadan çıxarılmasa, Vaşinqton İranın enerji infrastrukturuna zərbələr endirməyə başlayacaq.

MSNews.az bildirir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib və qeyd edib ki, hücumların ilk hədəfi İslam Respublikasının ən böyük elektrik stansiyası olacaq.

Regionda gərginlik artıq yüksək səviyyəyə çatıb. Daha əvvəl İsrael Katz açıqlama verərək SAXAL və ABŞ Silahlı Qüvvələrinin yaxın vaxtlarda İrana qarşı zərbələri gücləndirəcəyini bildirmişdi.

Eyni zamanda, beynəlxalq səviyyədə də reaksiyalar artır. Məlumata görə, 22 ölkə Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması istiqamətində səylərə töhfə verməyə hazır olduqlarını bəyan edib.

Analitiklər hesab edir ki, bu ultimatum regionda hərbi eskalasiyanı daha da sürətləndirə və qlobal enerji bazarlarına ciddi təsir göstərə bilər.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026