Tramp: “İranla danışıqların nəticəsi 48 saata məlum olacaq”

Donald Tramp İranla Hörmüz boğazı üzrə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunduğunu və nəticənin 48 saat ərzində məlum ola biləcəyini bildirib.

56

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasındakı danışıqların nəticəsinin yaxın 48 saat ərzində məlum ola biləcəyini açıqlayıb.

MSNews.az xəbər verir ki, Tramp Los-Ancelesdə jurnalistlərə danışıqların “çox yaxşı irəlilədiyini” deyib. O, Hörmüz boğazının yaxın zamanda açılacağına ümid etdiyini, razılaşmanın pozulacağı təqdirdə isə İrana qarşı sərt addımlar atıla biləcəyini bildirib.

Bu barədə “Reuters” məlumat yayıb.

“Axios” mənbələrə istinadən ABŞ, İran və Omanın boğazın açılması üzrə 60 günlük müvəqqəti razılaşmaya yaxınlaşdığını yazıb. Bununla belə, Tehran rəsmi olaraq danışıqları ABŞ ilə deyil, Omanla apardığını bildirir.