ABŞ Prezidenti Donald Tramp Suriya Prezidenti Əhməd əl-Şaraa ilə telefon vasitəsilə görüşərək bölgədəki əməkdaşlıq və strategiyalar barədə fikir mübadiləsi aparıb.
Tramp görüşü yüksək dəyərləndirib və Şaraa haqqında “Suriyanın çox hörmətli prezidenti” ifadəsini işlədərək tərif dolu mesajlar verib.
Tramp telefon danışığını Ayova ştatına səfər etməzdən əvvəl media qarşısında şərh edərkən “Şaraa ilə çox yaxşı bir görüş keçirdik”, “Suriya və bölgə ilə bağlı siyasətlər çox yaxşı gedir və bundan çox məmnunuq” kimi fikirlər səsləndirib. Bu açıqlama ABŞ-ın Suriya ilə yeni diplomatik münasibətləri və əməkdaşlığı dəstəklədiyinə işarə kimi qiymətləndirilir.
Ekspertlər bu telefon əlaqəsini, xüsusilə Suriya ordusunun müxtəlif qruplarla qarşıdurma şəraitindəki koordinasiyası və terror təşkilatları ilə mübarizədə əməkdaşlığın davamı baxımından mühüm addım hesab edir. Əvvəlki dönəmlərdə də Tramp ilə Şaraa arasındakı telefon diplomatiyası çərçivəsində regional təhlükəsizlik məsələləri və beynəlxalq koordinasiya müzakirə edilib