Tramp Hörmüzü blokadaya almaqla hədələdi, İran cavab verdi

ABŞ prezidenti Donald Tramp İranla danışıqların iflasından sonra Hürmüz boğazının blokadaya alınacağını açıqlayıb. İran İnqilab Keşikçiləri isə cavab olaraq boğazdakı hərəkətin tam nəzarətdə olduğunu bildirib. 

6

ABŞ prezidenti Donald Tramp İranla İslamabadda keçirilən danışıqlar nəticəsiz başa çatdıqdan sonra Hörmüz boğazı ilə bağlı çox sərt açıqlama verib.

“Reuters”-in məlumatına görə, Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin boğazı blokadaya alma prosesinə başlayacağını, İranın “qanunsuz rüsum” aldığı gəmilərin beynəlxalq sularda saxlanılacağını bildirib. Tramp eyni zamanda İranın nüvə ambisiyalarından geri çəkilmədiyini deyib və “ya Hörmüz açılacaq, ya da heç kim çıxmayacaq” mesajı verib.

ABŞ-İran danışıqları 21 saatlıq marafondan sonra razılaşmasız yekunlaşıb və bu, iki ölkə arasında on ildən çox müddətdə ilk birbaşa, 1979-cu ildən bəri isə ən yüksək səviyyəli təmas sayılır. ABŞ tərəfi İranın nüvə silahı hazırlamamaq öhdəliyini qəbul etmədiyini bildirir, Tehran isə ABŞ-ı həddən artıq tələblər irəli sürməkdə günahlandırır.

İran tərəfi də cavabını sərt tonda verib. İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı üzərində müşahidə aparan pilotsuz aparat görüntüləri yayıb və “bütün trafik silahlı qüvvələrin nəzarəti altındadır, istənilən yanlış addım düşməni Hörmüzdə ölümcül girdaba salacaq” bəyanatını səsləndirib.

Mövzunun həssaslığı Hörmüz boğazının qlobal enerji axınındakı rolundan qaynaqlanır. Bu keçid dünya üzrə neft və qaz tədarükünün təxminən 20 faizini daşıyan əsas boğazdır. Müharibə fonunda burada gəmi hərəkəti normanın 10 faizindən də aşağı düşmüşdü.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
12 aprel 2026