Tramp Hörmüz boğazına öz adını vermək istəyir

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adının “Tramp boğazı” olaraq dəyişdirilməsi ideyasını irəli sürüb. O, bununla bağlı ərəb ölkələrinin mümkün reaksiyasına da toxunub.

16

ABŞ Prezidenti Donald Tramp dünya enerji ticarətinin strateji marşrutlarından biri olan Hörmüz boğazının adının dəyişdirilərək “Tramp boğazı” adlandırılması ideyasını yenidən gündəmə gətirib.

MSNews.az xəbər verir ki, ABŞ lideri boğazın adının dəyişdirilməsi ehtimalından danışarkən regiondakı ərəb ölkələrinin mümkün reaksiyasına da toxunub.

“Sizcə, buranın adını dəyişərək ‘Tramp boğazı’ qoysaq, ərəb ölkələri buna necə reaksiya verər? Biz bunun öhdəsindən asanlıqla gələrik”, – deyə ABŞ Prezidentinin bildirdiyi qeyd olunur.

Tramp daha əvvəl də Hörmüz boğazının ABŞ-nin nəzarətində olduğunu iddia edərək onun öz adı ilə adlandırılmasını təklif etmişdi.

Sentyabrın 2-də “Al Jazeera” telekanalının yaydığı məlumata görə, Tramp sosial media paylaşımında boğazın ABŞ-nin nəzarətində olduğunu bildirərək onun “Tramp boğazı” adlandırılması barədə sual ünvanlamışdı.

ABŞ Prezidenti avqust ayında da Vaşinqtonun Hörmüz boğazında hərbi nəzarətə malik olduğunu dəfələrlə bəyan edib. Ağ Evin avqustun 28-də yaydığı açıqlamada Amerika hərbi qüvvələrinin boğazda gəmiçiliyə nəzarət etdiyi bildirilirdi.
Trampın bu mövqeyi İran tərəfindən etirazla qarşılanıb. Tehran Hörmüz boğazının ABŞ-nin nəzarətinə keçməsi barədə bəyanatları rədd edərək su yolu üzərində öz hüquqlarını müdafiə etdiyini bildirib.
Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Ərəbistan dənizi ilə birləşdirir. Bu marşrut beynəlxalq neft və mayeləşdirilmiş təbii qaz daşımaları baxımından strateji əhəmiyyət daşıyır.
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.