Tramp ABŞ hökumətinə “Anthropic” sistemlərindən imtina göstərişi verdi

Donald Tramp ABŞ federal qurumlarına “Anthropic” texnologiyalarından istifadənin dərhal dayandırılması barədə göstəriş verib. Pentaqon üçün altıaylıq keçid dövrü nəzərdə tutulur. Qərar süni intellektin hərbi məqsədlərlə istifadəsi ətrafında mübahisələr fonunda verilib.

39

Prezident Donald Tramp ABŞ-nin federal qurumlarına “Anthropic” texnologiyalarından istifadənin dərhal dayandırılması barədə göstəriş verib.

Ağ Ev lideri bu barədə “Truth Social” şəbəkəsində məlumat yayıb.

Qərara əsasən, bu məhsullardan istifadə edən qurumlar, o cümlədən Hərb Nazirliyi üçün altıaylıq keçid dövrü nəzərdə tutulur və bu müddətdə sistemlər mərhələli şəkildə dayandırılmalıdır.

“Axios” daha əvvəl Pentaqonun süni intellekt modellərinin hərbi məqsədlərlə istifadəsi ilə bağlı fikir ayrılıqları olduğunu qeyd edib.

Qeyd edək ki, media ABŞ ordusunun Venesuelanın sabiq prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında “Anthropic”in hazırladığı “Claude” süni intellekt sistemindən istifadə etdiyini bildirib.